Bank Of Baku

Azərbaycan və Ermənistan Futbol Federasiyalarının rəhbərləri arasında görüş keçirilib

Azərbaycan və Ermənistan Futbol Federasiyalarının rəhbərləri arasında görüş keçirilib
# 26 yanvar 2007 09:23 (UTC +04:00)
Görüşdə Azərbaycan tərəfdən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Ramiz Mirzəyev, baş katib Fuad Əsədov, Ermənistan tərəfdən isə bu ölkənin futbol federasiyasının prezidenti Ruben Ayrapetyan və baş katib Armen Minasyan iştirak ediblər. Avropa çempionatının seçmə mərhələsində eyni A qrupunda yer alan Azərbaycan və Ermənistan yığmaları arasındakı sentyabrda keçirilməsi nəzərdə tutulan qarşılaşmaların yerini müəyyənləşdirmək məqsədilə təşkil olunan qeyri-rəsmi görüşdə tərəflər razılığa gələ bilməyiblər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Quliyevin “APA-Sport”a verdiyi məlumata görə, görüşdə AFFA rəhbərliyi əvvəlki mövqelərində qaldığını bildirməklə yanaşı, bu oyunların neytral meydanlarda keçirilməsində israrlı olduğunu söyləyiblər. Ermənistan Futbol Federasiyasının (EFF) başçıları isə Azərbaycanla Ermənistan milliləri arasındakı rəsmi oyunların Bakı və İrəvanda keçirilməsinə tərəfdar olmasını bir daha bəyan ediblər. M.Quliyevin sözlərinə görə, bu gün axşam və ya sabah AFFA və EFF rəhbərləri arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR