Bank Of Baku

“Neftçi” 19 yaşlı yarımmüdafiəçisi Pərvin Paşayevi Bakıya qaytarır

“Neftçi” 19 yaşlı yarımmüdafiəçisi Pərvin Paşayevi Bakıya qaytarır
# 26 yanvar 2007 10:58 (UTC +04:00)
“Neftçi” klubu əvəzedici komandasından əsas heyətinə cəlb edərək Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına apardığı Pərvin Paşayevi Bakıya qaytarır. Komandanın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının “APA-Sport”a verdiyi məlumata görə, 19 yaşlı yarımmüdafiəçi gələn həftə üzvü olduğu 19 yaşlılardan ibarət milli komandamızın heyətində olmalıdır. Arif Əsədovun baş məşqçisi olduğu 19 yaşlılardan ibarət yığmamız yanvarın 30-da Rusiyaya təlim-məşq toplanışına yollanacaq. Yanvarın 28-də axşam saatlarında Türkiyəni tərk edəcək P.Paşayev “Neftçi”nin düşərgəsində artıq Bakıda komanda Antalyadan qayıtdıqdan sonra yer alacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR