Bank Of Baku

Azad Rəhimov: “AFFA rəhbərliyi Almaniyada erməni həmkarlarına Azərbaycan hökumətinin mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib”

Azad Rəhimov: “AFFA rəhbərliyi Almaniyada erməni həmkarlarına Azərbaycan hökumətinin mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib”
# 26 yanvar 2007 11:37 (UTC +04:00)
“Azərbaycan və Ermənistan yığma komandaları Avropa çempionatının seçmə qrup mərhələsindəki oyunlarını neytral meydançada keçirilməlidir. Bununla bağlı biz hələ xeyli əvvəl mövqeyimizi bildirmişik. İndi də bu mövqeyimizə qalırıq”. Bu fikirləri “APA-Sport”a verdiyi eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov söyləyib. Almaniyanın Düsseldorf şəhərində Azərbaycan və Ermənistan futbol federasiyaları rəhbərləri arasındakı görüşə toxunan A.Rəhimovun sözlərinə görə, AFFA rəhbərliyi bu görüşdə Azərbaycan hökumətinin mövqeyini bir daha təsdiqləyib: “Bu görüşün keçirilməsi onunla bağlı idi ki, AFFA Azərbaycan hökumətinin mövqeyinin dəyişmədiyini təsdiqləsin. Federasiya rəhbərliyi də Ermənistandan olan həmkarlarına bunu bir daha bəyan edib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR