Bank Of Baku

Şahin Diniyev Özbəkistanla yoldaşlıq görüşünə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb

Şahin Diniyev Özbəkistanla yoldaşlıq görüşünə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb
# 26 yanvar 2007 12:18 (UTC +04:00)
Azərbaycan yığma komandasının baş məşqçisi Şahin Diniyev fevralın 7-də Özbəkistan millisi ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə heyətə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb. “APA-Sport”un məlumatına görə, millimizin səfərdə keçirdiyi Belçika ilə sonuncu oyunu ilə müqayisədə heyətə dörd yeni futbolçu cəlb edilib. Bunlar Ramin Quliyev, Samir Abbasov, Nodar Məmmədov və Kənan Kərimovdur. Qeyd edək ki, sonuncu üç futbolçu Ş.Diniyevin rəhbərliyi altında ilk dəfə yığmaya çağırılıb. 19 yaşlılardan ibarət yığmamızın kapitanı N.Məmmədov isə əsas komandada yeganə debütantdır. Qanında istifadəsi qadağan olunan betametazon preparatı aşkarlandığından 18 ay müddətə diskvalifikasiya edilən Sergey Sokolovu “Qarabağ” klubunda olduğu kimi, yığmada da Samir Abbasov əvəzləyəcək. Ümumilikdə, milliyə “Qarabağ”dan 5, “İnter”dən 4, “Bakı” və “Xəzər-Lənkəran”dan 3, “Neftçi”, “Karvan” və Rusiyanın MOİK klublarının hərəsindən 1 futbolçu cəlb edilib.
Qapıçılar: Cahangir Həsənzadə (Qarabağ), Fərhad Vəliyev (İnter). Müdafiəçilər: Zaur Həşimov (İnter), Samir Abbasov (Qarabağ), Ramin Quliyev (Bakı), Nodar Məmmədov (Qarabağ), Ernani Pereyra (Karvan). Yarımmüdafiəçilər: Aslan Kərimov (Qarabağ), Emin İmaməliyev (İnter), Elmar Baxşıyev (İnter), Ceyhun Sultanov (Xəzər-Lənkəran), Andre Ladaqa (Bakı), Aleksandr Çertoqanov (Neftçi). Hücumçular: Vüqar Nadirov (Xəzər-Lənkəran), İlqar Qurbanov (Xəzər-Lənkəran), Leandro Qomeş (Bakı), Vaqif Cavadov (MOİK, Rusiya), Kənan Kərimov (Qarabağ). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR