Bank Of Baku

FİFA “Turan” klubunun şikayət məktubuna cavab verib

FİFA “Turan” klubunun şikayət məktubuna cavab verib
# 26 yanvar 2007 13:16 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) “Turan” komandasının Serbiyanın “Partizan” klubundan Asen Nikolovun transfer vərəqəsini verməməsi ilə baglı şikayət məktubuna cavab göndərib. Bu haqda “APA-Sport”a “Turan”ın icraçı-direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, məsələyə gələn həftə yenidən baxılacaq: “FİFA klubumuza göndərdiyi cavab məktubunda bizdən lazımi sənədləri istəyib. Bu, klubumuzun həm Asenlə, həm də “Partizan”la olan müqavilələridir. FİFA-ya ilk müraciətimizdə lazım olan sənədləri göndərməyə hazır olduğumuzu göstərmişdik. Dünya futbol qurumunun tələb etdiyi əlavə sənədləri bu gün yenidən FİFA-ya göndərmişik. Yaxın zamanlarda bizə cavab veriləcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR