Bank Of Baku

“Olimpik” klubunun vitse-prezidenti Vaqif Qasımov: “Nizami Hacıyevi transfer etmək istəyən klub bizə kompensasiya ödəməlidir”

“Olimpik” klubunun vitse-prezidenti Vaqif Qasımov: “Nizami Hacıyevi transfer etmək istəyən klub bizə kompensasiya ödəməlidir”
# 26 yanvar 2007 14:32 (UTC +04:00)
“Olimpik” 19 yaşlı futbolçusu Nizami Hacıyevi transfer etmək istəyən Kiyevin “Arsenal” klubunun təklifini müsbət cavablamağa hazırdır. Bu haqda “APA-Sport”a klubun vitse-prezidenti Vaqif Qasımov məlumat verib. Onun sözlərinə görə, hələlik ukraynalılardan “Olimpik” klubuna rəsmi müraciət olunmayıb: “Hələlik ortada ciddi bir şey yoxdur. Bu haqda bizə rəsmi müraciət olunarsa, nəzərdən keçirib müsbət cavab verməyi düşünürük. Nizamiyə demişəm ki, yaxşı bir klubdan real təklif olarsa, ona problem yaratmayacağıq. Komandamızda əsas heyət oyunçusu sayılan Hacıyevə ehtiyacımız olsa da, onun ölkədən kənarda çıxış etməsində maraqlıyıq. Düzdür, hazırda ölkədə səviyyəli gənc futbolçularla bağlı qıtlıq var. Bu səbəbdən Nizaminin yerini doldurmaq çətindir. O, yığma komandanın üzvüdür. Millini klubumuzun mənafeyindən üstün tutaraq, Nizaminin itkisinə hazırıq. Ancaq 23 yaşı tamam olmadığı üçün onu transfer etmək istəyən klub bizə kompensasiya ödəməlidir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR