Bank Of Baku

“Simurq” Gürcüstan çempionatının lideri ilə heç-heçə oynayıb

“Simurq” Gürcüstan çempionatının lideri ilə heç-heçə oynayıb
# 26 yanvar 2007 14:59 (UTC +04:00)
Tiflisdə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu Gürcüstan çempionatının hazırkı lideri ilə bu gün keçirdiyi yoxlama oyununda heç-heçə edib. Klubun mətbuat katibi Anar Sadıxovun “APA-Sport”a verdiyi məlumata görə, “Olimpi” ilə görüşdə 1:1 hesabı qeydə alınıb. Qarşılaşmada hesabı komandamız açıb. “Simurq”un yeni transferlərindən olan ukraynalı hücumçu Vladimir Mazyar qarşılışmanın 40-cı dəqiqəsində meydan sahiblərini məyus edib. Ancaq komandamız qələbəni görüşün sonuna dörd dəqiqə qalmış əldən verib. A.Sadıxov həmçinin bildirib ki, “Simurq” hazırlıq prosesində daha bir yoxlama matçı keçirəcək. Yanvarın 28-də keçirilməsi nəzərdə tutulan oyunda rəqib Gürcüstan çempionatında 10-cu yerdə qərarlaşan “Merani” klubu olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR