Bank Of Baku

Şenes Erzik yenidən UEFA İcraiyyə Komitəsinə üzv seçilib

Şenes Erzik yenidən UEFA İcraiyyə Komitəsinə üzv seçilib
# 26 yanvar 2007 15:06 (UTC +04:00)
Türkiyəli Şenes Erzik yenidən Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinə (İK) üzv seçilib. “APA-Sport”un məlumatına görə, Almaniyanın Düsseldorf şəhərində UEFA-nın XXXI Konqresində keçirilən səsvermədə 37 səs toplayan Ş.Erzik UEFA-da 16 ildən çox fəaliyyət göstərən və idarə heyətində ən çox müddətdə vəzifə tutan yeganə şəxs kimi tarixə düşüb. Ş. Erzik bu müddətdə qitə futbol təşkilatının prezidentliyinə namizədliyini irəli sürməməsini belə izah edib: “Lennart Yuhanssona alternativ ola bilməzdim. 16 ildir ki, birgə çalışdığım L. Yuhanssona rəqib olmağım düzgün deyil”. Növbəti dörd il müddətinə İK üzvü kimi Anxel Mariya Vilyar Lyona (İspaniya, 42 səs), Mirça Sandu (Rumıniya, 32 səs), Jozef Mifsud (Malta, 28 səs), Jilbertu Parka Madail (Portuqaliya, 27 səs) və Qriqori Surkis (Ukrayna, 27 səs) də fəaliyyət göstərəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR