Bank Of Baku

“İnter” baxışa serbiyalı hücumçu dəvət edib

“İnter” baxışa serbiyalı hücumçu dəvət edib
# 26 yanvar 2007 15:23 (UTC +04:00)
Serbiyalı yarımmüdafiəçi Venyamin İvanoviçi bəyənməyən Bakının “İnter” klubu baxışa daha bir serbiyalı dəvət edib. Klubun ukraynalı baş məşqçisi Valentin Xodukinin “APA-Sport”a verdiyi məlumata görə, heyətə qatılan yeni futbolçu Tomas Staniçdir. V.Xodukin son vaxtlar Macarıstanda çıxış edən 26 yaşlı bu hücumçunu sabah Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda sınayacaq.
Qeyd edək ki, hücumçu axtarışında olan ukraynalı məşqçinin T.Staniçə marağı onun yaxşı fiziki göstəricilərə malik olması ilə bağlıdır. Baş məşqçinin sözlərinə görə, sərəncamına gələn bu hücumçunun boyu 2 metrdən artıqdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR