Bank Of Baku

Çernoqoriya UEFA üzvlüyünə qəbul edilib

Çernoqoriya UEFA üzvlüyünə qəbul edilib
# 26 yanvar 2007 16:25 (UTC +04:00)
Çernoqoriya Futbol Assosiasiyası (FSCG) Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) 53-cü üzv kimi qəbul olunub. “APA-Sport”un məlumatına görə, bu qərar Almaniyanın Düsseldorf şəhərində keçirilən UEFA-nın XXXI Konqresində qəbul olunub. Qeyd edək ki, FSCG 2006-cı ilin oktyabrında müvəqqəti üzv kimi UEFA-ya qoşulmuşdu. Qitə futbol təşkilatının yeni üzvünün prezidenti Deyan Saviçeviçdir. Çernoqoriya milli komandası ilk yoldaşlıq oyununu martın 24-də Podqoritsa şəhərində Macarıstan yığmasına qarşı keçirəcək. Konqresdə Cəbəllütariqin də namizədliyi müzakirə edilsə də, bu ölkə qitə futbol qurumuna daxil edilməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR