Bank Of Baku

Vüsal Əliyev: “Final görüşünə təyinat ala bilməməyimə MOİK klubunun yarımfinalda uduzması səbəb oldu”

Vüsal Əliyev: “Final görüşünə təyinat ala bilməməyimə MOİK klubunun yarımfinalda uduzması səbəb oldu”
# 27 yanvar 2007 09:25 (UTC +04:00)
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Vüsal Əliyev “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirinin idarəçiliyini başa vurub. Həmyerlimizin final oyununa təyinat ala bilməməyinə əsas səbəb Moskvanın MOİK yarımfinalda uduzmasıdır. Bu haqda “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Vüsal Əliyev özü məlumat verib. 37 yaşlı hakimimiz final görüşünə təyinat ala bilməməsində bəxtindən gileylənib: “Turnirin təşkilat komitəsinin sədri Boris Pronin dünən axşam hakimlərin toplantısında məni xüsusi qeyd edərək, minnətdarlığını bildirdi. O turnirdə debütümdə çox yaxşı təsir bağışladığımı söylədi. Hələ yarımfinal oyunlarınadək final görüşünə baş hakim seçilərkən namizədliyim üzərində dayanıblar. Bunun mənə deməyiblər. Ancaq sonradan bu haqda xəbər tutmuşam. Turnirin həlledici qarşılaşmasını idarə etməyim MOİK klubunun finala çıxacağı təqdirdə reallaşacaqdı. Ancaq moskvalıların turnirdə mübarizəni yarımfinalda dayandırması mənim də final oyununu idarə etməyimə mane oldu. Nə etmək olar? Qismət belə imiş. Hər halda, bu turnirdə debütümü qənaətbəxş sayıram. Yəqin ki, Özbəkistanın “Paxtakor” və Latviyanın “Ventspils” klubları arasındakı final görüşünü rusiyalı hakimlər idarə edəcəklər”.
Qeyd edək ki, V.Əliyev Bakıya bu gün qayıdacaq Turnirin üç oyununda ehtiyat hakim olan həmvətənimiz, qrup mərhələsi çərçivəsində Litvanın “Kaunas” və Türkmənistanın MTTU, 1/4 finalda isə Belarusun “Şerif” və Belarusun BATE klubları arasında görüşləri idarə edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR