Bank Of Baku

“Partizan” Asen Nikolovun transfer vərəqəni “Turan” klubuna göndərib

“Partizan” Asen Nikolovun transfer vərəqəni “Turan” klubuna göndərib
# 27 yanvar 2007 09:52 (UTC +04:00)
Serbiyanın “Partizan” klubu heyətindən kənarlaşdırdığı bolqarıstanlı futbolçu Asen Nikolovun transfer vərəqəsini “Turan”a göndərib. Bu haqda “APA-Sport” agentliyinə “Turan”ın icraçı-direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, FİFA-ya şikayət məktubu göndərdikdən sonra “Partizan” rəhbərliyi geri çəkilib. Artıq A.Nikolovun transfer vərəqəsini alan “Turan” rəhbərliyi Bolqarıstanın “Nafteks” klubu ilə danışıqlar apara bilər. Y.Sultanov bolqarıstanlı futbolçunun bu kluba satılacağı, və ya icarəyə veriləcəyinin hələ müəyyənləşmədiyini bildirib.
Qeyd edək ki, “Turan” sabah Tovuzu tərk edərək Bakıya təlim-məşq toplanışına gələcək. Klub rəhbərliyi hazırlıqla bağlı təşkilati məsələləri yekunlaşdırmaq üzrədir. “Turan” yanvarın 29-dan fevralın 8-dək davam edəcək toplanışında üç yoxlama oyunu keçirməyi planlaşdırır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR