Bank Of Baku

Andorra və San-Marino ilk dəfə olaraq Çempionlar Liqasında təmsil olunacaq

Andorra və San-Marino ilk dəfə olaraq Çempionlar Liqasında təmsil olunacaq
# 27 yanvar 2007 10:20 (UTC +04:00)
Növbəti mövsümdən Andorra və San-Marino klubları da UEFA Çempionlar Liqası (ÇL) turnirində mübarizə apara biləcəklər. Bu barədə qərar Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə keçirdiyi ilk iclasında qəbul olunub. UEFA-nın yeni prezidenti Mişel Platinin ilk dəfə qatıldığı İK-nın toplantısında Andorra və San-Marinonun hərəyə bir klubla ÇL-in təsnifat mərhələsindən mübarizəyə başlamalarına razılıq verilib.
Qeyd edək ki, indiyədək Andorra və San-Marino yalnız UEFA kuboku turnirində təmsil edilib. UEFA-ya 53-cü üzv kimi qəbul olunan Çernoqoriya Futbol Assosiasiyası isə yeni mövsümdən həm ÇL, həm də, UEFA kuboku turnirlərində təmsil olunacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR