Bank Of Baku

“Neftçi” sabah Zaporojyenin “Metallurq” klubu ilə qarşılaşacaq

“Neftçi” sabah Zaporojyenin “Metallurq” klubu ilə qarşılaşacaq
# 27 yanvar 2007 11:03 (UTC +04:00)
“Neftçi” klubunun Türkiyənin Antalya şəhərində keçdiyi hazırlıq prosesi çərçivəsində yanvarın 28-nə planlaşdırdığı yoxlama oyunundakı rəqibi dəqiqləşib. Klubun mətbuat katibi Səbuhi Səfiyarlının “APA-Sport” agentliyinə verdiyi məlumata görə, dördqat Azərbaycan çempionu sabah Zaporojyenin “Metallurq” klubu ilə qarşılaşacaq. Ukraynanın güclülər dəstəsində çıxış edən bu komanda hazırda 12-ci pilləni tutur. Qeyd edək ki, “Neftçi” indiyədək keçirdiyi yoxlama görüşlərindən fərqli olaraq, sabah iki fərqli heyətlə iki oyun keçirməyəcək. Baş məşqçi Qurban Qurbanov qarşıdakı sınaq matçlarında sərəncamında olan futbolçuları eyni oyunlarda sınamaq fikrindədir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR