Bank Of Baku

Vaqif Cavadov: “Azərbaycana pul üçün gəlməmişəm”

Vaqif Cavadov: “Azərbaycana pul üçün gəlməmişəm”
# 29 yanvar 2007 08:24 (UTC +04:00)
Bir müddət əvvəl Türkiyənin “Kocaelispor” klubuna keçidi gündəmdə olan milli komandamızın üzvü Vaqif Cavadov karyerasını Azərbaycanda davam etdirməli olacaq. Belə ki, Rusiyanın MOİK klubuna məxsus olan 18 yaşlı hücumçu Ağdamın “Qarabağ” komandasına keçib. Ağdamlılarla 1,6 müddətə müqavilə bağlayan V.Cavadov dünən yeni komandasında ilk məşqinə çıxıb. Futbolçu “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Qarabağ”a baş məşqçi Rasim Karanın dəvəti ilə gəldiyini söyləyib: “MOİK-in əvəzedici heyətində çıxış etmək mane qane etmirdi. Hələ Rusiyada çıxış edərkən Azərbaycanda çıxış etmək istəyim var idi. “Qarabağ” klubundan təklif gələn kimi qəbul etdim. Bu kluba Rasim Karanın dəvəti ilə gəlmişəm. O çox yaxşı mütəxəssisdir. Onun rəhbərliyi altında çıxdığım ilk məşq xoşuma gəldi”. Karyerasını Azərbaycan davam etdirməyi geriyə addım kimi dəyərləndirməyən V.Cavadovun sözlərinə görə, onu puldan daha çox oyun praktikası maraqlandırır: “Azərbaycana pul üçün gəlməmişəm. Hazırda mənə ilk növbədə oyun praktikası lazımdı. Axı mən milli komandanın oyunçusu sayılıram”.
Qeyd edək ki, “Qarabag” millimizin heyətində altı oyun keçirən V.Cavadovun karyerasında ikinci klub oldu. Mayın 25-də 18 yaşı tamam olacaq hücumçunun yüksək liqada debütü məhz “Qarabağ”ın heyətində reallaşacaq. V.Cavadovun yeni klubuna yeni keçidi bu gün rəsmiləşməlidir. Belə ki, “Qarabağ” MOİK rəhbərliyilə danışıq aparıb tələb olunan 50 min dolları ödəməklə, futbolçunun transfer vərəqəsinə sahib çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR