Bank Of Baku

“Neftçi” Ukraynanın “Metallurq” klubu ilə heç-heçə oynayıb

“Neftçi” Ukraynanın “Metallurq” klubu ilə heç-heçə oynayıb
# 29 yanvar 2007 09:07 (UTC +04:00)
“Neftçi” Türkiyədəki hazırlıq prosesi çərçivəsində Ukraynanın Zaporojye şəhərinin “Metallurq” klubu ilə keçirdiyi yoxlama oyununu heç-heçə başa vurub. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının “APA-Sport” agentliyinə bildirib ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada qolları Aleksandr Çertoqanovla Samir Əliyev vurub. “Neftçi” oyun ərzində iki dəfə hesabda geri düşüb. Fasiləyə 0:1 hesabı ilə məğlub durumda yollanan dörd qat Azərbaycan çempionu ilk yarıda qırmızı vərəqə alan Zaur Tagızadəni də itirib. Ancaq görüşün yoxlama oyunu olduğu nəzərə alınaraq komandamız azlıqda qalmayıb və Z.Tağızadənin əvəzinə meydana Branimir Subaşiç çıxıb. “Neftçi” növbəti yoxlama oyununu fevralın 2-də keçirməyi planlaşdırsa, hələlik rəqib dəqiqləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR