Bank Of Baku

Valentin Xodukin: “Hələlik məni nəticə yox, komanda oyunu maraqlandırır”

Valentin Xodukin: “Hələlik məni nəticə yox, komanda oyunu maraqlandırır”
# 29 yanvar 2007 09:49 (UTC +04:00)
Bakının “İnter” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi beşinci yoxlama oyununda da qələbə qazana bilməyib. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Ukraynanın Odessa şəhərinin “Çernomorets” klubu ilə qarşılaşmaları 1:2 hesablı məğlubiyyətlə nəticələnib. “İnter” klubunun vurduğu qol isə oyunun sonlarına təsadüf edib. Qolun müəllifi ukraynalı Sergey Çernyak olub. Hələlik nəticə yox, komanda oyunu haqda düşündüyünü söyləyən V.Xodukin baxışa gələn serbiyalı hücumçu Tomas Staniçlə bağlı haqda fikirlərini də bildirib: “Həlik mən nəticə haqda deyil komanda oyunu haqda düşünürəm. Tomasa gəlincə, oyun ərzində iki real qol imkanı olsa da, bundan yararlana bilmədi. Bununla belə, Staniçdən narazı qalmadım. Boyu iki metrdən artıq olan bu hücumçu oyunu ilə xoşuma gəldi. ilk baxışdan məni qane etdi. Staniç Antalyada baxışa çağırdığımız hücumçular arasında hələlik ən çox bəyəndiyim futbolçudur. Ona özünü göstərmək üçün bir daha şans vermək fikrindəyəm”.
Qeyd edək ki, “İnter” qarşıdakı yoxlama oyununda cənubi koreyalılarla qüvvəsini sınayacaq. V.Xodukinin sözlərinə görə, rəqib bu ölkənin çempionatında 3-cü yerdə gedən “Daevon Sitizens” klubu olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR