Bank Of Baku

Böyükağa Hacıyev: “Məni Ağasəlim Mircavadovla müqayisə etmək qətiyyən mümkün deyil”

Böyükağa Hacıyev: “Məni Ağasəlim Mircavadovla müqayisə etmək qətiyyən mümkün deyil”
# 29 yanvar 2007 11:47 (UTC +04:00)
“Mən o vaxt istefa verəcəyəm ki, klub prezidenti Hafiz Məmmədov mənə “get” deyəcək. Bir də ki, vaxtım çatanda özüm gedəcəyəm”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Bakı” klubunun baş məşqçisi Böyükağa Hacıyev söyləyib. “MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirində uğursuzluqdan sonra istefaya göndəriləcəyi haqda məlumatları təkzib edən B.Hacıyevin sözlərinə görə, onu istəməyənlər ictimaiyyətə belə bir əsassız informasiyalar ötürürlər. B.Hacıyev bildirib ki, əgər bütün komandalar üzərində qələbə qazanmağı bacaran məşqçilərdən olsaydı, Avropanın iddialı komandalarından birində çalışardı. O, ötən il Moskvada “Neftçi” klubuna Kubok qazandıran Ağasəlim Mircavadovla müqayisə olunmaq istəmədiyini vurğulayıb: “Həmişə söyləmişəm ki, Mircavadov Azərbaycanda məşqçilər sənətinin ağsaqqalıdır. Onu mənimlə müqayisə etmək qətiyyən mümkün deyil. Biz başqa-başqa qütblərdə düran insanlarıq. Ola bilər, Ağasəlim Mircavadov həddən artıq dahi məşqçidir. Amma xasiyyətimizdə çox fərqli cəhətlər var”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR