Bank Of Baku

FİFA və UEFA prezidentləri Bakıya gələcək

FİFA və UEFA prezidentləri Bakıya gələcək
# 29 yanvar 2007 12:15 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları İttifaqının (FİFA) prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) yeni prezidenti Mişel Platini martın sonlarında Bakıya gələcəklər. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov məlumat verib.
Onun sözlərinə görə, ölkəmizə səfərlərinin konkret vaxtını FİFA və UEFA başçıları özləri müəyyənləşdirəcək. Ali futbol qurumlarının rəhbərlərinin Bakıya səfərlərində əsas məqsəd isə AFFA-nın yeni ofisinin açılışında iştirak etməkdir. Açılış mərasiminə digər rəsmi şəxslərin də dəvət edildiyini vurğulayan F. Əsədov bildirib ki, UEFA İcraiyyə Komitəsinin üzvü Şenes Erzik və Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoy da dəvətlilər arasındadır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR