Bank Of Baku

“Olimpik” Gürcüstan çempionatının lideri “Olimpi” ilə oynamaqdan imtina edib

“Olimpik” Gürcüstan çempionatının lideri “Olimpi” ilə oynamaqdan imtina edib
# 29 yanvar 2007 12:51 (UTC +04:00)
Yanvarın 25-də təlim-məşq toplanışına yığışan Bakının “Olimpik” klubunun Gürcüstan çempionatının hazırki lideri “Olimpi” ilə yoxlama oyunu baş tutmayacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun mətbuat katibi Eldəniz Yusifovun sözlərinə görə, görüşün baş tutmamasına səbəb “Olimpi”nin irəli sürdüyü şərtlərlə bağlıdır: “Olimpi” əvvəl bizi Gürcüstana dəvət edirdi. Sonra özləri Bakıya gəlməyə razılıq verdilər. Oyunun fevralın 4-də keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq son danışığımızda “Olimpi” əlavə şərtlər irəli sürdü ki, bu da bizi qane etmədi. Rəqib oyunun fevralın 6-da keçirilməsini istəyirdi. Bu tarix bizə sərf etmədiyindən qarşılaşmaqdan imtina etdik. Buna baxmayaraq, fevralın 4-də Bakıda Tiflisin “Lokomotiv” klubu ilə qarşılaşacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR