Bank Of Baku

Fuad Əsədov: “Azərbaycan üçün UEFA prezidenti postuna kimin seçilməsinin fərqi yoxdur”

Fuad Əsədov: “Azərbaycan üçün UEFA prezidenti postuna kimin seçilməsinin fərqi yoxdur”
# 29 yanvar 2007 13:06 (UTC +04:00)
“Bizim üçün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti postuna kimin seçilməsinin fərqi yox idi. Çünki UEFA elə bir qurumdur ki, kimin başçılıq etməsindən asılı olmayaraq idarəetmə mexanizmi əvvəlcədən işlənib hazırlanıb. Sadəcə, hesab edirəm ki, qitə futbol qurumunda nəsil dəyişmə prosesi getdi”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Fuad Əsədov söyləyib. Onun sözlərinə görə, UEFA-nın sabiq prezidenti Lennart Yuhansson seçkidə Mişel Platiniyə nüfuzunun aşağı olduğuna görə uduzmayıb: “Sadəcə, L. Yuhanssonun 77 yaşında olması ona böyük qüvvə ilə işləmək imkanı vermirdi. Həm də, o, çox az fərqlə, cəmi 4 səs az toplayaraq uduzdu. Özü əvvəlcədən namizədliyini vermək fikrində deyildi. Sonradan ayrı-ayrı Milli Assosiasiyaların rəhbərləri, öz ətrafında olanların təkidi ilə seçkiyə qatıldı. Amma bir şeyi unutmayaydı ki, cavanla yaşlıya münasibətdə fərq olmalıdır”. F. Əsədov M. Platininin qələbə qazanmasını onun məşhur futbolçu olmaqla yanaşı, 1998-ci ildən UEFA və FİFA-da aktiv fəaliyyət göstərməsi, FİFA prezidenti Yozef Blatteri ayrı-ayrı ölkələrə səfərlərdə müşayiət etməsi ilə əlaqələndirib: “Platini Blatterlə birgə bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvaya da gəlmişdi. Onlar 2004-cü ilin oktyabrın 13-də Bakıda da səfərdə olublar”. F. Əsədovun fikrincə, M. Platininin seçilməsi ilə FİFA-nın UEFA-dakı dayaqları daha da möhkəmlənəcək. Lakin o, konkret kimə səs verdiklərini açıqlamaqdan imtina edib: “Biz Azərbaycan və Avropa futbolunun inkişafına səs vermişik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR