Bank Of Baku

Fuad Əsədov: “Platini oyunların İrəvan və Bakıda keçirilməsi barədə qərara imza atsa, Ermənistan-Azərbaycan savaşının yenidən başlanmasına fitva vermiş olacaq”

Fuad Əsədov: “Platini oyunların İrəvan və Bakıda keçirilməsi barədə qərara imza atsa, Ermənistan-Azərbaycan savaşının yenidən başlanmasına fitva vermiş olacaq”
# 29 yanvar 2007 13:58 (UTC +04:00)
Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov deyib. Baş katibin sözlərinə görə, Almaniyanın Düsseldorf şəhərində Ermənistan Futbol Federasiyasının (EFF) rəhbərliyi ilə görüşdə Azərbaycan tərəfi oyunları neytral meydançada keçirmək istəyini bir daha ifadə edib: “Ermənistan Futbol Federasiyasının rəhbərliyi isə İrəvan və Bakı variantlarında israrlıdırlar. Biz artıq rəsmi mövqeyimizi UEFA-ya da bildirmişik. Oyunların harada keçiriləcəyinə dair qərarı fevralın ortalarında UEFA İcraiyyə Komitəsi qəbul edəcək”. Qərar çıxarılmazdan öncə AFFA və EFF rəhbərlərinin həmin toplantıya çağırılıb-çağırılmayacağından məlumatsız olduğunu söyləyən F.Əsədov UEFA-nın yeni prezidenti Mişel Platininin ermənipərəst mövqedən çıxış edəcəyinə inanmadığını bildirib: “Platini bitərəflik nümayiş etdirməyə məcburdur”.
M.Platininin Azərbaycanla Ermənistan arasında oyunların harada keçirilməsinə dair sərbəst qərar verə bilməyəcəyini qeyd edən F.Əsədov həmçinin bildirib ki, UEFA prezidenti İcraiyyə Komitəsinin toplantısında bu məsələyə dair öz münasibətini ortaya qoya bilər: “Platini UEFA prezidenti kimi oyunların İrəvan və Bakıda keçirilməsi barədə qərara imza atsa, yenidən Ermənistan-Azərbaycan savaşının əsasını qoyacaq. Mən onun belə addım atacağına inanmıram. O, oyunların İrəvan və Bakıda keçirilməsində israr etsə, Ermənistan-Azərbaycan müharibəsinin yenidən başlanmasına fitva vermiş olacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR