Bank Of Baku

“Simurq” Tiflisdə “Borjomi” üzərində qələbə qazanıb

“Simurq” Tiflisdə “Borjomi” üzərində qələbə qazanıb
# 29 yanvar 2007 14:21 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu növbəti oyununu keçirib. Klubun mətbuat katibi Anar Sadıxovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, ötən şənbə “Merani” komandası ilə 1:1 hesablı heç-heçədən sonra bu gün “Borjomi” üzərində qələbə qazanılıb - 1:0. Oyunda vurulan yeganə topun müəllifi isə ukraynalı legioner Vladimir Mazyar olub. Bu, qış fasiləsində “Simurq”a keçən ukraynalı hücumçunun yoxlama oyunlarında vurduğu dördüncü qol olub. Qeyd edək ki, Gürcüstan paytaxtında beş yoxlama oyunu keçirən “Simurq” bu gün Zaqatalaya qayıdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR