Bank Of Baku

“Şahdağ” Gürcüstanda təlim-məşq toplanışını başa vurub

“Şahdağ” Gürcüstanda təlim-məşq toplanışını başa vurub
# 29 yanvar 2007 14:37 (UTC +04:00)
“Şahdağ” klubu Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını başa vuraraq Qusara qayıdıb. Komandanın rəisi Akif Əliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Tiflisdə üçüncü yoxlama görüşündə Əhməd Ticaninin vurduğu iki qol sayəsində “Borjomi” üzərində qələbə qazanılıb. Qeyd edək ki, qusarlılar bundan əvvəlki sınaq oyunlarında “Zestafoni” ilə 1:1 hesablı bərabərliyə qalıb “Dinamo”ya məğlub (0:2) olmuşdular. Hazırda istirahətdə olan komanda üzvləri qarşıdakı günlərdə hazırlığı bərpa edəcək. “Şahdag” yeni oyunçulardan dağıstanlı legionerlər İsmayıl Xalimbekov və Murad Xalitovla mövsümün sonunda müqavilənin müddətini artırmaq şərti ilə anlaşaraq onların transfer vərəqələrini gözləyir. Yerli futboçlulardan isə Ruslan Quliyev, Səbuhi Sadiqov, Vasif Vəliyev, Rövşən Rəcəbov, Elşad Quliyev də ən azı mövsümün sonunadək “Şahdag”ın şərəfini qoruyacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR