Bank Of Baku

Fuad Əsədov: “UEFA-nın AFFA-ya kəsdiyi 8000 İsveçrə frankı məbləğində cəriməni ya “Qarabağ”, ya da Sokolov özü ödəyəcək”

Fuad Əsədov: “UEFA-nın AFFA-ya kəsdiyi 8000 İsveçrə frankı məbləğində cəriməni ya “Qarabağ”, ya da Sokolov özü ödəyəcək”
# 29 yanvar 2007 15:35 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən yanvarın 18-də göndərilən faksın mətnini mətbuata açıqlayıb. Sənəddə UEFA Nizam-İntizam Komitəsinin (NİK) milli komandamızın müdafiəçisi Sergey Sokolov barədə çıxardığı yekun qərar əksini tapıb. 5 bəndlik qərara əsasən, ötən il oktyabrın 11-də keçirilmiş Belçika ilə Avropa çempionatının seçmə oyunundan sonra dopinq-testə cəlb edilən S. Sokolov 22 noyabr 2006-cı ildə çıxarılmış 30 günlük ilkin diskvalifikasiya nəzərə alınmaqla, 18 ay müddətinə oyunlardan kənarlaşdırılıb. Müdafiəçi 2008-ci il iyunun 10-dək UEFA-nın bayrağı altında təşkil olunan bütün yarışlar çərçivəsində keçirilən oyunlardan uzaqlaşdırılıb. NİK həmçinin, yığmamızın həkimi Ramiz Kərimovu mövcud antidopinq qaydalarının pozulması ilə əlaqədar cəlb olunduğu məsuliyyətdən azad edib. AFFA isə 8000 İsveçrə frankı məbləğində cərimələnib. UEFA AFFA-dan bu qərarla bağlı Sergey Sokolov və Ramiz Kərimovu məlumatlandırması, FİFA-dan isə “Dünyəvi effekt” verməsi istənilib. AFFA-nın baş katibi Fuad Əsədova gəlincə, o, “APA-Sport” agentliyinə verdiyi açıqlamasında bildirib ki, S.Sokolovun diskvalifikasiyası ilə bağlı apelyasiya verməyəcəklər. Bunun üçün əsaslarının olmadığını deyən baş katib UEFA-nın qərarını hərtərəfli əsaslandırdığını qeyd edib. Onun sözlərinə görə, milli komandanın həkimi Ramiz Kərimov məsuliyyətdən azad olunduğundan, AFFA-ya verilən cəriməni ödəmək ya futbolçunun, ya da onun çıxış etdiyi “Qarabağ” klubunun üzərinə düşəcək: “Biz “Qarabağ” rəhbərliyi ilə cəzanın ödənilməsi barədə danışıqlar aparmaq fikrindəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR