Bank Of Baku

“Turan” sabah “Bakı” ilə qarşılaşacaq

“Turan” sabah “Bakı” ilə qarşılaşacaq
# 29 yanvar 2007 16:01 (UTC +04:00)
İkinci dövrəyə hazırlıq məqsədilə bu gün Bakıya gələn Tovuzun “Turan” klubu “Velotrek” otelində təlim-məşq toplanışına yıgışıb. Bu haqda “APA-Sport” agentliyinə klubun icraçı-direktoru Yaşar Sultanov məlumat verib. Onun sözlərinə görə, komanda sabah “Bakı” ilə yoxlama oyununda qüvvəsini sınayacaq: “Saat 15:00-da başlanması nəzərdə tutulan görüşün hansı stadionda baş tutması hava şəraitindən asılı olacaq. Belə ki, hava şəraiti pis olarsa, komandalar “Şəfa” stadionunun sintetik ötrüklü meydançasında, əks təqdirdə isə 8-ci mikrorayonun ərazisində yerləşən arenada qarşılaşacaq”. Y.Sultanov həmçinin bildirib ki, bolqarıstanlı futbolçu Asen Nikolovun “Nafteks” klubuna keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. “Turan” hələ ilyarım müqavilə ilə ona məxsus olduğu A.Nikolovu icarəyə götürmək yox, birbaşa almaqda maraqlı olan “Nafteks” klubundan cavab gözləyir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR