Bank Of Baku

2016-cı ildən Avropa çempionatının final mərhələlərində 24 komanda iştirak edəcək

2016-cı ildən Avropa çempionatının final mərhələlərində 24 komanda iştirak edəcək
# 30 yanvar 2007 09:44 (UTC +04:00)
2016-cı ildən Avropa çempionatının final mərhələlərində iştirakçı komandaların sayı 16-dan 24-dək artırılacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Fuad Əsədov məlumat verib. Baş katibin sözlərinə görə, bu barədə qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Konqresində qəbul olunub: “UEFA prezidenti seçkisindən öncə Şotlandiya Futbol Assosiasiyası komandaların sayının artırılması təşəbbüsünü irəli sürmüşdü. İki ay əvvəl şotlandiyalılar bu haqda AFFA-ya da məktubla müraciət etmişdilər. Onların təklifini dəstəkləyənlər arasında İsveç, İrlandiya və Latviya kimi Avropa çempionatlarında təmsil olunmuş ölkələrin federasiyaları da var idi. UEFA-nın Konqresində də bu məsələ qaldırıldı və 2016-cı ildən Avropa çempionatının final mərhələlərində iştirakçı komandaların sayı 16-dan 24-dək artırılması haqda qərar çıxarıldı”. F.Əsədovun sözlərinə görə, Konqresdə UEFA İcraiyyə Komitəsinə bu qərardan irəli gələn bütün müddəaların işlənib hazırlanması tapşırılıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR