Bank Of Baku

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının heyəti açıqlanıb
# 30 yanvar 2007 10:00 (UTC +04:00)
Futbol üzrə 19 yaşlılardan ibarət yığma komandamız Avropa çempionatının ikinci təsnifat mərhələsinə hazırlıq məqsədi ilə fevralın 1-dən təlim-məşq toplanışına yığışacaq. Komandamızın Krasnodar vilayətinin Krımsk şəhərinə gedəcəyi planlaşdırılıb. Yığmanın baş məşqçisi Arif Əsədov “APA-Sport” agentliyinə verdiyi açıqlamasında bildirib ki, komandası toplanışı prosesində fevralın 3-də, 5-də və 7-də yoxlama oyunlarında qüvvəsini sınayacaq. 19 yaşlılarımızın kapitanı Nodar Məmmədov əsas milliyə cəlb olunduğundan, heyətdə yer almayıb. Toplanışa isə 20 futbolçu cəlb edilib. Bunlar Osman Umarov, Timur İsrafilov, İsabala İsrafilov, Maksim Medvedev, Taqım Novruzov, Fərid Haqverdiyev, Rauf Əliyev, Rza Qafarlı (hamısı “Qarabağ”), Elvin Şiriyev, Fərid Həşimzadə, Tural Nərimanov, Pərvin Paşayev, Elşən Hacıyev (hamısı “Neftçi-2”), Elvin Məmmədov, Cavid Hüseynov (hər ikisi “Turan”), Vaqif Şirinbəyov (“Olimpik”), İbrahim Mirzəməhəmmədov (“Şahdağ”), Bəxtiyar Soltanov (“Bakı-2”), Elçin Məmmədov (“Gənclərbirliyi”), Şəhriyar Rəhimovdur (“İnter-2”). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR