Bank Of Baku

İsveçrə, Serbiya və Gürcüstanın futbol yığmaları apreldə Bakıya gələcək

İsveçrə, Serbiya və Gürcüstanın futbol yığmaları apreldə Bakıya gələcək
# 30 yanvar 2007 10:25 (UTC +04:00)
Həvəskarlardan ibarət yığma komandamızın Avropa çempionatının qrup mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən “APA-Sport” agentliyinə verilən məlumata görə, millimizin yer aldığı qrup oyunları aprelin 25-dən 29-dək Bakıda təşkil olunacaq. Təqvimə əsasən, aprelin 25-də Gürcüstan İsveçrə, Azərbaycan Serbiya, aprelin 27-də, Gürcüstan Azərbaycan, İsveçrə Serbiya, aprelin 29-da isə Serbiya Gürcüstan və İsveçrə Azərbaycan matçları keçiriləcək.
Azərbaycan bu yarışda Əli Bayramlının “Şirvan” klubunun bazası əsasında yaranan yığma komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, 2006-cı ildə Tiflisdə keçirilməsi planlaşdırılan bu turnir Gürcüstan Futbol Federasiyasının imtinası ucbatından hələ də baş tutmayıb. UEFA ilə danışıqlardan sonra AFFA yarışın Bakıda keçirilməsinə razılıq verib. Bu, ölkəmizdə keçiriləcək ikinci analoji turnir olacaq. İlk dəfə Bakıda təşkil olunan bu yarışda Azərbaycanı Qazaxın “Göyəzən” klubu təmsil etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR