Bank Of Baku

Roman Pakora: “İkinci dövrədə daha güclü olacağıq”

Roman Pakora: “İkinci dövrədə daha güclü olacağıq”
# 30 yanvar 2007 10:37 (UTC +04:00)
“Tiflisdə keçirdiyimiz toplanışdan razı qaldım. Hesab edirəm ki, komandam yoxlama görüşlərində məzmunlu oyun nümayiş etdirərək yaxşı təsir bağışladı. Təsadüfi deyil ki, Gürcüstanın yüksək liqa klubları ilə keçirdiyimiz beş yoxlama oyununun heç birində məğlub olmadıq. Komandamızın daha yaxşı çıxış etməsi qış fasiləsində heyətimizi gücləndirə bilməyimizlə bağlıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokora bildirib. Komandaya cəlb edilən yeni legionerlərdən razı qaldığını söyləyən R.Pokora daha çox Ukraynanın “Lvov” klubundan transfer edilən Vladimir Mazyarı bəyəndiyini bildirib: “Yoxlama oyunlarında Mazyar rəqib qapıları qarşısında ciddi təhlükə yaradaraq, məhsuldarlığı ilə seçilir. Bizə də məhz qol vuran hücumçu lazım idi. Hər halda, həm Mazyar, həm də, Donetskin “Şaxtyor” klubunda çıxış etmiş Mixail Starostyak təcrübəli futbolçulardır. Starostyak Çempionlar Liqasında çıxış edib. O, müdafiənin mərkəzində inamla çıxış edir. Yerli futbolçulardan mövsümün sonunadək “İnter” klubundan icarəyə götürdüyümüz Vyaçeslav Lıçkinlə Aqşin Ömərovdan, “Qarabağ”dan transfer etdiyimiz sol cinah yarımmüdafiəçisi Ramiz Hüseynov ümidimi doğruldur. Yalnız Ruslan Musayevdən razı deyiləm. Onun xeyli müddət oyun praktikasından korluq çəkməsi özünü göstərir. Hər halda, hesab edirəm ki, Ruslan ikinci dövrə başlayanadək formasını bərpa edə biləcək. Birinci dövrədə olduğu kimi, mövsümün ikinci yarısında da rəqiblərimizə gücümüzü göstərərək, ilk “altılığa” düşmək uğrunda mübarizə aparacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR