Bank Of Baku

Futzal üzrə Azərbaycan kubokunda Şotlandiya klubu da iştirak edəcək

Futzal üzrə Azərbaycan kubokunda Şotlandiya klubu da iştirak edəcək
# 30 yanvar 2007 10:59 (UTC +04:00)
Fevralın 1-də futzal üzrə Azərbaycan kubokuna start veriləcək. Turnirdə 8 komanda bərabər sayda olmaqla, iki yarımqrupda mübarizə aparacaq. Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Mahmud Sadıqovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışın mükafatları uğrunda Şotlandiyanın PLS komandası da mübarizə aparacaq. Bakıda fəaliyyət göstərən Şotlandiyanın neft şirkəti tərəfindən yaradılan bu komanda A qrupunda “Araz”, “Star CSM” və “Ruslan” klubları ilə birgə yer alacaq. B qrupunda isə “Miri-Qrand”, TT , “Qarabağ veteranları” və AZAL qüvvəsini sınayacaq. Qrup oyunları fevralın 1-də, 4-də və 8-də oynanılacaq. Yarımfinal görüşlərinin apreldə, final qarşılaşmasının isə mayın 28-də keçirilməsi nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR