Bank Of Baku

“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl: “UEFA-nın AFFA-ya kəsdiyi cəriməni ödəməli olsaq, günahımızı boynumuza almış olarıq”

“Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl: “UEFA-nın AFFA-ya kəsdiyi cəriməni ödəməli olsaq, günahımızı boynumuza almış olarıq”
# 30 yanvar 2007 11:16 (UTC +04:00)
“Biz Sergey Sokolovla bağlı UEFA-nın AFFA-ya kəsdiyi 8000 min İsveçrə frankı məbləğində cəriməni ödəmək fikrində deyilik”. Bu sözləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl bildirib. Hələlik UEFA-nın qərarı ilə bağlı “Qarabağ” klubuna rəsmi sənəd daxil olmadığını vurğulayan baş direktorun sözlərinə görə, Sergey Sokolovun cəzalandırılmasında “Qarabağ” rəsmilərinin heç bir günahı yoxdur: “AFFA-dan bizə cərimə haqda heç nə deməyiblər. Sənədi alandan sonra klub rəsmi mövqeyini bəyan edəcək. Ancaq indidən deyə bilərəm ki, biz Sokolovla bağlı UEFA-nın kəsdiyi cəriməsini ödəmək fikrində deyilik. Cəriməni ödəməli olsaq, bununla günahımızı boynumuza almış olarıq. Əslində isə Sokolovun məsələsində “Qarabağ” klubunun heç bir günahı yoxdur. Ümumiyyətlə, biz AFFA ilə Sokolov arasındakı məsələyə qarışmaq fikrində deyilik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR