Bank Of Baku

Vaqif Cavadovun “Qarabağ” klubuna transferi 50 min dollardan da ucuz başa gəlib

Vaqif Cavadovun “Qarabağ” klubuna transferi 50 min dollardan da ucuz başa gəlib
# 30 yanvar 2007 11:27 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubu Rusiyanın MOİK komandasından transfer etdiyi milli komandamızın 18 yaşlı hücumçusu Vaqif Cavadov üçün 50 min dollardan da az pul xərcləyib. Bu barədə “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, artıq rusiyalılarla danışıqlar başa çatıb: “MOİK Vaqifin transfer vərəqəsini qarşıdakı günlərdə bizə göndərməlidir. MOİK-in Cavadova görə 50 min dollar istəməsini bilirdik. Ancaq biz konkret bu məbləği ödəməyəcəyik. Belə ki, rusiyalılarla danışıqlarımız nəticəsində transfer məbləğini xeyli azalda bildik. Ancaq məbləği konkret açıqlamaq istəmirəm” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR