Bank Of Baku

“Neftçi” Antalyada son yoxlama oyununu Qazaxıstanın “Jetısu” klubuna qarşı keçirəcək

“Neftçi” Antalyada son yoxlama oyununu Qazaxıstanın “Jetısu” klubuna qarşı keçirəcək
# 30 yanvar 2007 11:32 (UTC +04:00)
“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında keçirəcəyi sonuncu yoxlama oyununda rəqibi bəlli olub. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının “APA-Sport” agentliyinə verdiyi məlumata görə, fevralın 2-də keçirilməsi planlaşdırılan bu görüşdə rəqib Qazaxıstanın “Jetısu” komandası olacaq. Qeyd edək ki, hazırda Antalyada hazırlıq keçən “Jetısu” bunadək Lənkəranın “Xəzər-Lənkəran” klubu ilə birgə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında idi. “Xəzər-Lənkəran” “Jetısu ilə yanvarın 28-də yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırsa da, qazaxıstanlılar Türkiyəyə yollandıqlarına görə, sınaq matçından imtina etmişdilər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR