Bank Of Baku

Azərbaycan millisi Özbəkistanla yoldaşlıq oyununa Sumqayıtda hazırlaşacaq

Azərbaycan millisi Özbəkistanla yoldaşlıq oyununa Sumqayıtda hazırlaşacaq
# 30 yanvar 2007 13:23 (UTC +04:00)
Azərbaycan yığması Özbəkistanla keçiriləcək yoldaşlıq görüşü ilə bağlı fevralın 2-də “Şəfa” stadionunda təlim-məşq toplanışına başlayacaq. İdman geyimlərini alacaq milli komandamızın üzvləri bundan sonra “Neapol” otelində məskunlaşacaq. Bu haqda “APA-Sport” agentliyinə yığma komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib. Baş məşqçinin sözlərinə görə, fevralın 7-də Özbəkistanla nəzərdə tutulan qarşılaşmanın hazırlığını Sumqayıtda davam etdirəcəklər: “Tıxaclarla bağlı “Neapol” otelindən Bakıya gedib-gəlməkdə problem yaranır. Vaxt itkisinə məruz qalmamaq üçün məşqlərimizi Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirəcəyik”. Ş.Diniyev bildirib ki, komanda fevralın 3-də və 4-də gündə iki dəfə olmaqla, məşq prosesi keçəcək. Millimiz isə Özbəkistanla oyuna fevralın 5-də yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR