Bank Of Baku

Ermənistan Futbol Federasiyası: “Bakıda oynanılacaq oyun neytral meydanda keçirilə bilər, cavab oyunu isə mütləq İrəvanda keçirilməlidir”

Ermənistan Futbol Federasiyası: “Bakıda oynanılacaq oyun neytral meydanda keçirilə bilər, cavab oyunu isə mütləq İrəvanda keçirilməlidir”
# 30 yanvar 2007 15:12 (UTC +04:00)
Ermənistan Futbol Federasiyasının (EFF) rəhbərliyi Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycanla oyunların keçiriləcəyi yerlə bağlı mövqeyini dəyişməyəcək. “APA-Sport” agentliyinin Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, EFF təqvimə əsasən sentyabrın 8-də Bakıda keçirilməsi nəzərdə tutulan ilk görüşün neytral meydanda oynanılmasına razıdır. Bununla belə, Ermənistan tərəfi sentyabrın 12-də Azərbaycanla cavab oyununun İrəvanda keçirilməsində israr edir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları arasında oyunların harada keçiriləcəyi ilə bağlı qərar fevralın ortalarında UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR