Bank Of Baku

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın adı jurnalistin avtomobilinin partladılmasında hallandırılır

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın adı jurnalistin avtomobilinin partladılmasında hallandırılır
# 30 yanvar 2007 15:35 (UTC +04:00)
Bu gün erməni idman şərhçisi Supen Baqdasaryanın “Toyota” markalı avtomobili partladılıb. “APA-Sport” agentliyinin məlumatına görə, zərərçəkən faktla bağlı heç kimdən şübhələnmədiyini söyləməklə yanaşı, Ermənistanda jurnalistlərinin söz azadlığı hüququndan məhrum edildiklərini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl də S.Baqdasaryanın avtomobili partladılmışdı. İlk dəfə naməlum şəxslər ötən ilin fevralın 7-də onun cipini yandırmışdılar. Həmin hadisədən sonra hadisənin sifarişçisinin adını bildiyini bəyan edən S.Baqdasaryan avtomobilinin partladılmasının sifarişçisi kimi Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyanın adını çəkmişdi. Qeyd edək ki, S. Baqdasaryan ötən il EFF-in İcraiyyə Komitəsinin növbədənkənar iclasında komitə üzvlüyündən istefa verməklə, R. Ayrapetyanla açıq şəkildə münaqişəyə başlamışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR