Bank Of Baku

“Gilan” ikinci dövrəyə hazırlıq məqsədilə Bakıya gəlib

“Gilan” ikinci dövrəyə hazırlıq məqsədilə Bakıya gəlib
# 30 yanvar 2007 15:54 (UTC +04:00)
Qəbələnin “Gilan” klubu ikinci dövrənin hazırlığının növbəti mərhələsini keçirmək üçün Bakıya gəlib. Klubun mətbuat katibi Nail Kərimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, “Araz” otelində məskunlaşan komanda hazırlıq keçmək üçün Buzovna qəsəbə stadionunu seçib. Sabah bu arenada “Gənclərbirliyi” ilə yoxlama oyunu keçirəcək “Gilan” Rusiyanın “Terek” klubundan baxışa çağırdığı rusiyalı hücumçu Vadim Roskitanı sınayacaq.
Qeyd edək ki, qəbələlilər yeni legionerlərdən - rusiyalı Vitali Balomesnı, gürcüstanlılar Georgi Krasovski ilə Zurab Zamsaşvilinin transferini rəsmiləşdirib. Hər üç yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanması nəzərdə tutulub. Yerli futbolçulardan isə Şəhruz Mustafayev, Vüqar Həsənov və gürcüstanlı müdafiəçi Dmitri Kapanadze ilə “6 ay +1 il” şərti ilə, qapıçılar Nadir Şükürov və Elnar Kərimov ilə birillik müqavilə imzalanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR