Bank Of Baku

Mehman Allahverdiyev: “Martadək “Gəncə” sponsor problemini həll edəcək”

Mehman Allahverdiyev: “Martadək “Gəncə” sponsor problemini həll edəcək”
# 31 yanvar 2007 09:37 (UTC +04:00)
Mövsümün əvvəlində maliyyə problemləri ucbatından XV Azərbaycan çempionatında çıxışını dayandıran “Gəncə” hələ də sponsor axtarışındadır. Bu haqda “APA-Sport” agentliyinə klubun vitse-prezidenti Mehman Allahverdiyev məlumat verib. Vitse-prezidentin sözlərinə görə, Gəncə şəhər İcra Hakimiyyəti səviyyəsində Bakı və Gəncədə fəaliyyət göstərən imkanlı təşkilatlarla danışıqlar aparılıb: “Danışıqlara əsasən, belə fikir yürütmək olar ki, qarşıdakı iki ay müddətində bu məsələ müsbət həllini tapmalıdır. Hazırda ölkəmizin ikinci şəhərində iddialı komandanın yaradılması istiqamətində işlər görülməkdədir. Sponsorlarla aparılan danışıqlardan xəbərim var. Amma indidən onların adlarını açıqlamaq düzgün olmazdı. Əminəm ki, gələn mövsümdən çempionatımızda yenidən iddialı komandanın çıxışlarını izləyəcəyik”.
M.Allahverdiyev klubun fəaliyyətini bərpa edəcəyi təqdirdə, yüksək liqaya buraxılacağını istisna etməyib: “Əsasnaməyə görə, “Gəncə” aşağı liqada oynamaldır. Ancaq ümid edirəm ki, AFFA rəhbərliyi 2004/2005 mövsümündə olduğu kimi, yenə də yüksək liqada klubların sayını artıracaq. Bu zaman bizim də elitada çıxış etmək imkanımız yaranacaq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR