Bank Of Baku

“Turan” klubu mövsümün sonunadək sponsorunu dəyişməyəcək

“Turan” klubu mövsümün sonunadək sponsorunu dəyişməyəcək
# 31 yanvar 2007 10:02 (UTC +04:00)
“Turan” klubu hazırkı mövsümün sonunadək sabiq prezidenti Tahir Yusifovun himayəsi altında çıxış edəcək. Klubun icraçı-direktoru Yaşar Sultanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yeni sponsorla bağlı danışıqlara növbəti mövsümədək son qoyulub: “Bir neçə imkanlı iş adamları ilə apardığımız danışıqlarda istədiyimizə nail ola bilmədik. Bu səbəbdən komandamız mövsümün sonunadək Tahir Yusifovun rəhbərlik etdiyi “Taimeks” şirkətinin himayəsi altında çıxış edəcək. Böyük olmayan büdcə ilə kifayətlənməli olacağıq və komanda üzvləri bu haqda məlumatlıdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR