Bank Of Baku

“Olimpik” ikinci dövrədən ev oyunlarını yenə “Şəfa” stadionunda keçirəcək

“Olimpik” ikinci dövrədən ev oyunlarını yenə “Şəfa” stadionunda keçirəcək
# 31 yanvar 2007 10:12 (UTC +04:00)
“Şəfa” stadionunun “İnter” klubuna uzun müddətə icarəyə verilməsin baxmayaraq, “Olimpik” mövsümün sonunadək ev oyunlarını həmin arenada keçirəcək. Artıq bununla bağlı “Olimpik” və “İnter” klubları arasında razılaşma əldə olunub. Bu barədə “APA-Sport” agentliyinə “Olimpik” klubunun mətbuat katibi Eldəniz Yusifov məlumat verib: “Komandamız mövsümün sonunadək ev oyunlarını “Şəfa” stadionunda keçirəcək. İki klub rəhbərliyi səviyyəsində görüşdə bu məsələ müzakirə olunaraq həllini tapıb”. E.Yusifov, həmçinin bildirib ki, “İnter” klubu ilə yeni sənədin imzalanması nəzərdə tutulub. Bu sənədə əsasən, “Olimpik” ev oyunları ilə yanaşı, məşqlərini də “Şəfa” stadionunda keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR