Bank Of Baku

“MKT-Araz” Odessanın “Çernomorets” klubu ilə heç-heçə oynayıb

“MKT-Araz” Odessanın “Çernomorets” klubu ilə heç-heçə oynayıb
# 31 yanvar 2007 13:12 (UTC +04:00)
İmişlinin “MKT-Araz” klubu Türkiyədəki hazırlıq prosesi çərçivəsində bu gün dördüncü yoxlama oyununu keçirib. Odessanın “Çernomorets” klubu ilə görüşdə 1:1 hesabı qeydə alınıb. İmişlilər oyunun ilk dəqiqələrində buraxdığı topun əvəzini son dəqiqələrdə moldovalı yarımmüdafiəçi Viktor Barışevin penaltidən vurduğu qolla çıxıblar. Bu haqda “APA-Sport” agentliyinə “MKT-Araz” klubunun baş meneceri Ramiz Qarayev məlumat verib. Onun sözlərinə görə, komanda sabah Türkiyənin aşağı liqa klublarından biri ilə növbəti sınaq matçında qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR