Bank Of Baku

“Qarabağ” “Olimpik” üzərində qələbə qazanıb

“Qarabağ” “Olimpik” üzərində qələbə qazanıb
# 31 yanvar 2007 16:02 (UTC +04:00)
Ağdamın “Qarabağ” klubu Türkiyədən təlim-məşq toplanışından qayıtdıqdan sonra bu gün ilk yoxlama oyunun keçirib. “Olimpik” ilə Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada ağdamlılar 3:1 hesabı ilə qələbə qazanıblar. “Qarabağ”ın sonuncu transferi Vaqif Cavadovun yeni komandasının heyətində debütü uğurlu alınıb. Belə ki, oyunda hesabı açan 18 yaşlı hücumçunun az sonra qazandığı penalti zərbəsini Kənan Kərimov dəqiq yerinə yetirib. Fasiləyədək “Qarabağ” daha bir qol vurub. Bu qolun müəllifi yarım il zədə üzündən meydana çıxa bilməyən gürcüstanlı yarımmüdafiəçi Qoqa Beraya olub. “Olimpik” komandasının təsəlli qolunu isə ikinci hissədə Pathe Banqura vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR