Bank Of Baku

“Gənclərbirliyi” FİFA-ya şikayət edəcək

“Gənclərbirliyi” FİFA-ya şikayət edəcək
# 31 yanvar 2007 16:16 (UTC +04:00)
Sumqayıtın “Gənclərbirliyi” klubu misirli legioneri Mustafa Möhsüllə bağlı FİFA-ya şikayət edəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən klubun prezidenti İlqar Nuriyevin sözlərinə görə, hazırda vətənində olan misirli futbolçu komandaya qayıtmaq istəmir: “Mustafa komandamızın heyətində az oyun keçirərək hələ birinci dövrədə düşərgəmizi tərk etdi. Onun həmin vaxt zədəsini müalicə etmək məqsədi ilə vətəninə gedişinə icazə verdik. Ancaq Mustafa geri qayıtmayaraq vətənində hansısa kluba keçmək istəyir. Meneceri vasitəsilə bizə bu haqda xəbər göndərib. O, bizdən transfer vərəqəsini istəyir”. İ.Nuriyev bildirib ki, M.Möhsülün komandadan getməsinə razı deyil: “Mustafanın xidmətindən ikinci dövrədə yararlanmaq fikrindəyik. İndi onun yolunu gözləyirik. Hazırda oyunçu problemimiz var. Müqavilə ilə bizə məxsus olan futbolçu kimi Mustafadan geri qayıtmağı tələb etmişik. Görünür, Mustafa keçmək istədiyi klubdan pul alıb və geri qayıtmaq istəmir” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR