Bank Of Baku

Haluk Ulusoy UEFA-ya prezident seçkisində Mişel Platiniyə səs verib

Haluk Ulusoy UEFA-ya prezident seçkisində Mişel Platiniyə səs verib
# 31 yanvar 2007 16:30 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) ötən həftə keçirilmiş Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti seçkisində Mişel Platinini dəstəkləyib. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə TFF-nin yaydığı rəsmi açıqlamada qeyd olunub. Sənəddə bəzi mətbuat orqanlarında “Türkiyə Platinini dəstəkləmədi” kimi xəbərlərin həqiqətə uyğun olmadığı bildirilib: “Federasiyamız Şenes Erzikin yenidən UEFA İcraiyyə Komitəsinə seçilməsi üçün bir neçə ay əvvəl pərdə arxası çalışmalara başlamışdı. Bu çərçivədə UEFA-ya üzv 30 federasiya ilə danışıqlar aparılıb. Bunların bəzisində UEFA prezidenti seçkisində kimin namizədliyinin dəstəklənəcəyinə də toxunulub. Elə həmin vaxtdan TFF mövqeyini müəyyənləşdirib”. Sənəddə qeyd olunur ki, Mişel Platininin UEFA prezidenti seçilməsində TFF-nin də rolu olub: “Bu dəstəyə görə, Platini Türkiyə Futbol Federasiyasının prezidenti Haluk Ulusoya dərindən təşəkkür edib”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR