Bank Of Baku

“İnter” Cənubi Koreyanın “Çonbuk Hunday Motors” klubunu məğlub edib

“İnter” Cənubi Koreyanın “Çonbuk Hunday Motors” klubunu məğlub edib
# 01 fevral 2007 08:56 (UTC +04:00)
Bakının “İnter” klubu Türkiyədəki hazırlıq prosesində keçirdiyi yoxlama oyunlarında ilk qələbəsini altıncı görüşündə qazanıb. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Cənubi Koreyanın “Çonbuk Hunday Motors” klubu ilə sınaq matçında 2:1 hesablı qələbə qazanılıb. Baş məşqçi qələbəyə baxmayaraq, müdafiəçilərin inamlı oynamadığını söyləyib: “Görüşün 48-ci saniyəsində Zaur Həşimovun buraxdığı səhvdən sonra rəqib hesabı açdı. Ardından Mikayıl Namazovun cərimə meydançamızda qayda pozuntusu qapımıza penalti təyin olunması ilə nəticələndi. Ancaq Fərhad Vəliyev penaltini dəf etdi. Vurduğumuz qolların hər ikisi birinci hissəyə təsadüf etdi ki, hər iki halda Emin İmaməliyevin köməyi ilə Elşən Məmmədov fərqləndi. Belə ki, Elşən Eminə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirdikdən sonra onun cinah ötürməsini başla tora göndərdi”. V.Xodukin həmçinin bildirib ki, çempionatımızda legionerlərə qoyulan limitə uyğun sistemi sınaqdan keçirib. Onun sözlərinə görə, cənubi koreyalılarla oyunda əsas heyətdə yerli futbolçulara yer verərək, cəmi iki legioneri ilk dəqiqələrdən meydana buraxıb. “İnter” növbəti yoxlama oyununu fevralın 4-də Rusiyanın “Tom” klubuna qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR