Bank Of Baku

Aleksandr Çertoqanov milli komandanın hazırlığına gec qatılacaq

Aleksandr Çertoqanov milli komandanın hazırlığına gec qatılacaq
# 01 fevral 2007 10:48 (UTC +04:00)
Azərbaycan milli komandası fevralın 7-də Özbəkistanla səfərdə keçiriləcəyi yoldaşlıq oyunun hazırlığına sabah başlayacaq. Heyətə dəvət edilən futbolçulardan yalnız hazırda şərəfini qoruduğu “Neftçi” ilə Antalyada toplanışda olan Aleksandr Çertoqanov düşərgəyə gec qatılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, buna milliləşdirilən ukraynalı müdafiəçinin çıxış etdiyi “Neftçi” komandasının sabah “Jetısu” (Qazaxıstan) ilə sınaq matçı keçirməsi səbəb olub. Bu qarşılaşmada iştirakına şərait yaradılması üçün “Neftçi” yığma komanda rəhbərliyinə müraciət edib. Qeyd edək ki, “Jetısu” ilə yoxlama görüşü dördqat Azərbaycan çempionunun Antalya toplanışı çərçivəsində keçirəcəyi sonuncu sınaq matçı olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR