Bank Of Baku

“Bakı” klubunun rəhbərliyi müdafiəçisi Rail Məlikova ciddi xəbərdarlıq edib

“Bakı” klubunun rəhbərliyi müdafiəçisi Rail Məlikova ciddi xəbərdarlıq edib
# 01 fevral 2007 11:06 (UTC +04:00)
“MDB və Baltikyanı ölkələrin çempionlarının Kuboku” turnirinin 1/4 final mərhələsində mübarizəni dayandıran “Bakı” klubunda futbolçulara vəd edilən mükafat hələ ödənilməyib. Bu haqda “APA-Sport” agentliyinə klubun baş meneceri Zeynal Məmmədov bildirib. Baş menecer turnirin ikinci turunda Qırğızıstanın “Dordoy-Dinamo” klubu ilə keçirilən ikinci oyunda rəqib futbolçu ilə dalaşdığına görə qırmızı vərəqə alaraq meydandan qovulan Rail Məlikova ciddi xəbərdarlıq edildiyini qeyd edib: “Məlikov həmin oyundan sonra bütün komanda yoldaşlarından, komanda rəhbərliyindən və şəxsən mənim özümdən üzr istədi. Biz də onu bağışladıq. Amma ona xəbərdarlıq etdik ki, analoji hal təkrar olunarsa, bir aylıq maaşı məbləğində cərimələyəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR