Bank Of Baku

Rasim Kara: “Futbolçularımızın milli komandalara çağırılması hazırlıq planlarımızı pozub”

Rasim Kara: “Futbolçularımızın milli komandalara çağırılması hazırlıq planlarımızı pozub”
# 01 fevral 2007 11:44 (UTC +04:00)
“14 futbolçumuzun milli komandalara dəvət edilməsi hazırlıq planlarımızı pozub”. Bu sözləri “APA-Sport” agentliyinə verdiyi açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara bildirib. Türkiyəli mütəxəssisin sözlərinə görə, klubda heyət yeni formalaşdığından futbolçuların bir yerdə olması vacib şərtdir: “Nəzərə almaq lazımdır ki, kluba yeni futbolçular, yeni məşqçilər gəlib. Komandada hər şey yeni olduğundan, birgə çalışmağımız çox önəmlidir”. Qeyd edək ki, dünən “Olimpik”lə keçirilmiş sınaq matçında R.Kara 19 yaşlılardan ibarət milliyə çağırılan səkkiz futbolçusunun xidmətindən yararlana bilməyib. Sabah isə “Qarabağ”ın daha altı üzvü əsas yığmanın heyətində Özbəkistanla yoldaşlıq görüşünün hazırlığına qatılacaq. R.Kara futbolçularının milli komandalara cəlb olunması ilə bağlı klub rəhbərliyi qarşısında təkliflə çıxış edəcəyini vurğulayıb: “Ən önəmlisi yığma komandalarda futbolçularımızın olmasıdır. Say nə qədər çox olarsa, bu, bizim üçün başucalığıdır. “Qarabağ” klubundan 14 futbolçu yığma komandalara cəlb olunubsa, bununla fəxr edirik. Klub prezidenti qarşısında milli komandalara dəvət edilən futbolçularımızın mükafatlandırılması məsələsini qaldıracağam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR