Bank Of Baku

FİFA Türkiyə futbolundakı gərginliklə bağlı mövqeyini açıqlayıb

FİFA Türkiyə futbolundakı gərginliklə bağlı mövqeyini açıqlayıb
# 01 fevral 2007 13:44 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Türkiyə futbolunda baş verən gərginliklərə münasibət bildirib. FİFA prezidenti Yozef Blatterin imzası ilə Türkiyə Futbol Federasiyasına (TFF) göndərilən sənəddə Türkiyə futbolunda yaranmış vəziyyətin FİFA-nın Milli Federasiyalar Komitəsinin iclasında müzakirə edildiyi qeyd edilib. “APA-Sport” agentliyinin Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, sənəddə həmçinin, FİFA-nın Milli Assosiasiyaların üzvlərinin müstəqilliyinin tərəfdarı olduğu vurğulanıb. Sənəddə daha sonra qeyd edilib ki, Türkiyə futbolunda gərginliyin olduğu sübuta yetirilsə, bu, FİFA Nizamnaməsinin 17 və 18-ci maddələrinin kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Sözügedən maddələr Milli Assosiasiyaların müstəqilliyi və qərar vermə prosesləri ilə əlaqəlidir. FİFA təklif edib ki, dörd təşkilatın - FİFA, UEFA, Türkiyə İdman Nazirliyi və Türkiyə Futbol Federasiyasının yaxın günlərdə keçirəcəyi toplantıda bu məsələ müzakirə olunaraq çıxış yolları tapılsın. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR